30 mart 2010 16:11

Qəbələdən Avropaya pəncərə

Deyəsən, Azərbaycan çempionatı bu dəfə sürprizsiz ötüşəcək və turnir cədvəlinin yuxarı pillələrində elə əvvəlcədən proqnozlaşdırılan komandaları görəcəyik.

Azerisport.az xəbər verir ki, ötən mövsüm Simurqun, ondan əvvəlki il isə Olimpikin nəticəsini təkrarlamağa bu mövsüm ən yaxın görünən komandalar... elə Simurqla Olimpikin özü sayılırdı. Amma ilk “altılığ”a bu komandaların yox, Qəbələnin düşəcəyi məlum olunca, qeyri-müəyyən futbol sonluqlarının həvəskarları məhz Ramiz Məmmədovun komandasına ümid etməyə başladılar.

Ötən mövsümün Simurqu ən yaxşılardan idi. Bu komanda istənilən rəqibi məğlub etmək gücündəydi, autsayder və ortabablara isə şans vermirdi. 2008/09 mövsümündə zaqatalalıları daha yüksək əyarlı medaldan yalnız bir neçə xal kənar qoydu, amma 3-cü yer də Simurq üçün tarixi nəticə idi.

Qəbələ hələ ki, belə yüksəkliklərə aşağıdan baxır və “altılığ”a düşmək də onun üçün uğur sayılır. Bununla belə, Bakı ilə qarşılaşmadan sonra baş məşqçi Ramiz Məmmədov bəlkə də ehtiyatsız kəlmə işlətdi: “Avrokuboklara düşmək istəyirik”. Və aparılan sadə riyazı hesablamalardan sonra məlum oldu ki, Qəbələnin doğrudan da UEFA Avropa Liqasına düşmək şansları qalır!

Bunun üçün, komanda minimum 4-cü yeri tutmalı və ölkə kubokunda qalib gələcək kollektivin mütləq ilk “üçlük”də qərarlaşmasını gözləməlidir. Məlumdur ki, Olimpik-Şüvəlanın finala çıxması Qəbələni heç cür qane etmir; bu halda Nazim Süleymanovun komandası finalın nəticəsində asılı olmayaraq, Avropaya “bilet” əldə edə bilər: digər finalçı İnter olarsa. Bu cütdən Bakının qalib çıxacağı təqdirdə isə arzulanan vəsiqəni artıq “külək Qəbələnin əlindən uçuracaq”.

Deməli, iki yol var: ya Ramiz Məmmədovun komandası minimum 3-cü yeri tutmalıdır, ya da 4-cü pillədə qərarlaşmaqla finala İnter və Qarabağın çıxmasına dua etməlidir. Bu halda, onu da dəqiqləşdirək ki, Qəbələ yekun nəticədə turnir cədvəlində mütləq Bakı və Neftçini qabaqlamalıdır.

Bu vəzifənin real olub-olmadığını bir kənara qoyaq; istənilən halda, futbol gözlənilməzliklərlə doludur və yekun nəticədə kimin harada qərarlaşacağını indidən proqnozlaşdırmaq olmaz. Əsas məsələ Qəbələnin Avropaya vəsiqə qazanacağı təqdirdə orada göstərəcəyi nəticədir. Ramiz Məmmədovun komandası seçilə biləcəkmi?

Praktika göstərir ki, avrokuboklara gözlənilmədən vəsiqə qazanmış Azərbaycan klublarını orada yalnız uğursuzluq gözləyir. İki mövsüm əvvəl Olimpik serbiya təmsilçisi Voyvodinaya, ötən yay isə Simurq İsrail klubu Bney Yehudaya məğlub olun ilkin mərhələdəcə mübarizəni dayandırdı. Qəbələnin eyni uğursuzluğu təkrarlamayacağına heç kəs zəmanət verə bilməz. Lakin eyni zamanda yaxşı maddi dayaqlara malik olan komandanın avrokuboklar ərəfəsində güclü seleksiya aparacağı da istisna deyil.

Bu gün üçün Ramiz Məmmədovu yalnız bir şey qayğılandırmalıdır: hər növbəti oyunda qələbə qazanmaq. Çünki bunsuz Qəbələnin tarixinin ən böyük uğuruna çatması (xatırladaq ki, komanda ən yaxşı halda çempionatı 5-ci pillədə bitirib) qeyri-mümkündür. Qarabağı yenən Qəbələ İnterə də yaxşı müqavimət göstərmək gücündədir. Çətinlik yalnız odur ki, həmin oyunu bir daha sərgilənsin. Amma çətinliklər də elə onları aşmaq üçündür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.