30 mart 2010 17:20
Massaro Bakıya gəlmək istəmədi
İtaliyanın Milan klubu Ukrayna paytaxtında gənc futbolçular üçün düşərgə açır. Düşərgənin təqdimat mərasimi çərşənbə günü Kiyevin “Premyer Palas” otelində keçiriləcək. Görüşdə Milanın keçmiş futbolçuları – ukraynalı Andrey Şevçenko və hazırda Milanda ictiamiyyətlə əlaqələr üzrə direktor vəzifəsində çalışan Daniele Massaro da iştirak edəcək.
Xatırladaq ki, Milan bir müddət əvvəl Bakının İnter klubunu ilə əməkdaşlıq edirdi. Bununla əlaqədar olaraq, Massarə və onun keçmiş komanda yoldaşı Franko Barezi Bakıya gəlmişdilər. Bu dəfə Massaro Kiyevə yollanıb.
