Bülənt Qorxmaz: Bakıda qar təmizləməyimi heç vaxt unutmaram
Yaxınlarda Bakıdan istefa verən Bülənt Qorxmaz bu klubda keçirdiyi günləri xatırlayıb. Azerisport.az xəbər verir ki, komandadan hər şeyi peşəkar səviyyədə qurulmasına çalışdığını bildirən türkiyəli mütəxəssis bir maraqlı əhvəlat da danışıb.
“Bakıda gözəl və duyğulu günlərim oldu. Qar yağan ərəfədə çempionat oyunu keçirilməli idi. Meydança qarla örtüldüyündən futbolçular və köməkçilərimlə birgə həmin qarı təmizlədiyim günlər oldu. Bunlar heç vaxt yadımdan çıxmaz. Bunları heç bir jurnalist görmədi, qəzetlərdə yazılmadı” – Futbol+ qəzetinə müsahibəsində Qorxmaz belə deyib.
Mütəxəssis Azərbaycana qayıtmaq variantını da istisna etməyib: “Ola bilər ki, nə vaxtsa yolum yenə Azərbaycana düşsün. Ola bilsin ki, bu, yaxın gələcəkdə baş versin”.
