30 mart 2010 18:23

Nə şiş yanacaq, nə kabab

Nizam-İntizam Komitəsinin (NİK) bu gün keçirilməli olan iclası baş tutmayıb. Bu barədə azerisport.az-a komitə rəhbəri Tofiq Fətullayev məlumat verib.

“İclas bu gün keçirilmədi. Çünki gündəlikdə duran əsas məsələ - Xəzər Lənkəran – Neftçi oyununda baş verənlərlə bağlı əlimizdə tam informasiya yoxdu. Hələ onu toplamaq və araşdırmaqla məşğuluq. Ola bilər ki, sabah, ya da o birisi gün toplaşaq və qərar verək” – deyə müxbirimizlə söhbətində Fətullayev bildirib.

Düzü, bu qərar bir qədər təəccüblü və gülməli görünür. Ortada baş vermiş hadisə, Lənkəran stadionda asayişin pozulması və təhlükəsizliyin tam qorunmaması faktı var. Bundan əlavə, XL-in baş məşqçisi Ağasəlim Mircavadovun da cəzalanması məsələsi gündəmdə idi. Amma NİK gözləmə mövqeyi tutdu və bu faktın özü hər şeyin qanun çərçivəsində həll olunmayacağını göstərir.

Aydındır ki, Xəzər Lənkəran çempionluğa əsas namizədlərdən sayılır və baş məşqçi ilə stadionun diskvalifikasiyası ona çox böyük zərbə endirər. Üstəlik, klub rəhbərliyi də, belə demək mümkünsə, hadisələri qabaqlayaraq, özü AFFA və PFL-ə şikayət edib. Amma əgər NİK məhz bunu – yəni XL tərəfinin şikayətlərini əsas götürürsə, vəziyyəti qarışdırır: bu komitə adından da göründüyü kimi, yalnız nizam-intizam məsələlərinə baxır. Əgər kimsə hakimlikdən və ya ona qarşı qeyri-obyektiv münasibətdən narazıdırsa, buna baxmaq üçün xüsusi Ekspert Komissiyası çağırmaq olar. Yaxud hakimin özünü elə Hakimlər Komitəsi cəzalandıra bilər.

İndiki halda, yalnız bir şey dəqiq görünür: AFFA hər üç tərəfin (XL, PFL və Hakimlər Komitəsi) uduşda qalması üçün hər şeyi edəcək. Təəssüflər olsun ki, bu özü də futbolun inkişafını dayandıran amillərdəndir. Hər şey ədalət və qanun çərçivəsində həll olunmalıdır, kabinetlərdə, “sən öl, mən ölüm”lə yox.

Amma məgər birinci dəfədirmi?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.