30 mart 2010 21:43
AFFA yeni stadion inşa etdi (FOTO)
Bu gün Çilov adasında inşa olunmuş süni örtüklü meydançanın açılış mərasimi keçirilib. Azerisport.az assosiasiyanın rəsmi saytına istinadla xəbər verir ki, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev iştirak edib. AFFA prezidenti tərəfindən rəmzi qırmızı lent kəsildikdən sonra meydançada neftçilərdən ibarət komandalar arasında oyun keçirilib. Topa ilk toxunuşu AFFA prezidenti edib.
