30 mart 2010 00:07
Millinin qapıçısı baş verənlərə təəssüflənir
Azərbaycan yığmasının və Xəzər Lənkəranın qapıçısı Kamran Ağayev azerisport.az-ın müxbiri ilə söhbətdə Neftçi ilə görüşdə baş verənlərdən təəssüfləndiyini bildirib.
“Azarkeşin meydançaya çıxması, onların meydançaya kənar əşyalar atması heç də xoş olmadı. Belə hərəkətlərə yol vermək olmazdı. Amma yəqin onlar da ədalətsizliyə dözə bilmirlər. Bütün bunlar komandamızın qələbə qazanmasını istmələri ilə əlaqədar idi. Onlar həmişə bizə dəstək olurlar” – Ağayev belə deyib.
