30 mart 2010 00:36
Vaqif Cavadovun debütü gecikir
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov Tventenin heyətində ilk rəsmi matçını yalnız aprelin ortalarından sonra keçirə bilər. Azerisport.az Hollandiya mətbuatına istinadla xəbər verir ki, futbolçumuz məşqlərə başlasa da, fərdi proqramla hazırlaşır və yalnız iki həftə sonra oyunlara hazır olacaq.
