30 mart 2010 00:41
Volkan ədəbsiz hərəkət etdi və üzr istədi (FOTO)
Fənərbaxçanın və Türkiyə yığmasının qapıçısı Volkan Dəmirəlin Qalatasarayla son derbidə etdiyi hərəkət qardaş ölkədə tənqidlərə məruz qalıb. Azerisport.az xəbər verir ki, qolkiper matçın son dəqiqələrində, hesab 1:0 komandasının xeyrinə olarkən, topu arxa hissəsi ilə (!) qəbul edib. Bundan sonra ciddi tənqidlərə məruz qalan Volkan azarkeşlərdən üzr istəmək məcburiyyətində qalıb.
