Əfqan Həmzəyev ürəyini boşaltdı: Mais Mənsimov bizi ölümdən qurtardı
Xəzər-Lənkəran –Neftçi matçının baş hakimi Əfqan Həmzəyevin lent.az-a müsahibəverib. Günün qəhrəmanı olan çimərlik futbolu üzrə FİFA referisi ürəyini yamanca boşaldıb.
Məsələn, o söhbətə bu mövsüm onun idarə etdiyi oyunlarda XL-in qələbə qazandığını vurğulamaqla başlayıb: “Paytaxtda Bakını, Zaqatalada Simurqu, Sumqayıtda Standardı, öz meydançalarında isəOlimpik-Şüvəlanı yeniblər. Onların məndən narazı qalmağa nəhaqları var? Amma hansısa komandanın qapısına penalti təyin edəcəyəmsə, demək, qərarım səhv olmalıdır? Kimin qapısına 11 metrlik cəriməzərbəsi verəcəyəmsə, mənimlədüşmən olmalıdırlar? “Filankəsin adamıdır” deməlidirlər? Vallah, beləolmaz!”
Əfqan Həmzəyev sonra bir qədər də irəli gedərək, XL – Neftçi oyununda baş verənləri təxribat adlandırıb:“Bunu mən sizəəminlikləsöyləyirəm. Çünki mən onların istədiyi hakimliyi etmədim, eləməyəcəyəm də. İndiyədək heç bir kluba kömək etməmişəm, etmirəm, etməyəcəyəm də. Qoy, məni meydançanın ortasında öldürsünlər. Amma əqidəmdən dönməyəcəyəm.
Orda mənəazarkeşlər heç nəetmədi. Azarkeşlik heç nəyox idi. Təxribatı Xəzər-Lənkəranın baş məşqçisi Ağasəlim Mircavadov vəonun dəstəsi başladı. Həmin o təxribat da axıra qədər getdi. Bizi döyən də, vuran da Xəzər-Lənkəran rəsmilərinin ətrafı olub. Məşqçilər korpusu olub, Xəzər-Lənkəran prezidentinin şəxsi mühafizəsinin nümayəndələri olub. Camaat bizəheç nəetməyib. Yenəsağ olsun, Allah Mais Mənsimovdan razı olsun ki, bizi ölümdən qurtardı. O adam orada olmasaydı, bəlkədəbizi öldürərdilər, indi həyatda yox idik. 21 yaşlı köməkçim Mübariz Haşımovu dədəsi yaşında kişi təpik altına salır. Hansı vicdandan, şəxsiyyətdən danışmaq olar? Ağasəlim Mircavadovun bu gün-sabah 70 yaşı olacaq, “Şöhrət” ordeni var, kəlləatır. Sənənəetmişəm? Otur, bax, 90 dəqiqəərzindəhansı düzgün qol vurmusan, saymamışam? Səhv qol vurmusan, saymamışam. Yaxşı eləmişəm. Əlimin içindən gəlib. Qoy, bilsinlər ki, Əfqan Həmzəyev eləqolları saymır. Bundan sonra çox gözəl tanıyarlar ki, mən kiməm”.
