31 mart 2010 13:25
Serb və italyan Neftçini hazırlaşdırır
Unibank Premyer Liqasının 26-cı turunda Qəbələ ilə qarşılaşacaq Neftçi oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, komanda bu gün oyunun keçiriləcəyi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş məşçi Arif Əsədov, məşqçi Bəxtiyar Musayev, qapıçılarla işləyən məşqçi Neboyşa Manoyloviç və fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorrenin rəhbərliyi altında hazırlıq keçib. Neftçi günü bir məşqlə başa vuracaq.
