31 mart 2010 15:00

Zaur Məmmədov: İndi yəqin bizdən əl çəkərlər

Simurqun prezidenti Zaur Məmmədov Tuyqun Nadirova cavab verib. Azerisport.az xəbər verir ki, funksioner Xəzər Lənkəranın vitse-prezidenti Simurq – XL oyununda baş hakim Əfqan Həmzəyevin Zaqatala klubuna yardım etməsi ilə bağlı fikirlərini kəskin etirazla qarşılayıb.

“Nadirovun bəyanatı barədə eşitmişəm. Deyir ki, Əfqan Həmzəyev XL-lə oyunda Simurqa kömək edib. Maraqalıdır, o bizə necə kömək edib? Birincisi, həmin oyunda 1:2 hesabı ilə məğlun olmuşuq. Üstəlik, Həmzəyev Malıginin son dəqiqələrdə vurduğu təmiz qolunu da saymayıb. Halbuki, yan hakimi qolu sayıb mərkəzə qaçmışdı. Əgər o, Nadirovun dediyi kimi bizim hakimizin olsaydı, Simurq həmin görüşü heç-heçə başa vurardı və “altılığ”a düşərdi.

Amma biz hakimdən şikayət etmədik. Hesab etdik ki, bu yalnız adi səhvdir. Simurq haqqında çox danışırdılar. İndi yəqin bizdən əl çəkərlər” – deyə Məmmədov bildirib.

Simurqun prezidenti Həmzəyevin zəif cəhətlərinə də aydınlıq gətirib: “Mən hesab edirəm ki, Həmzəyevin hakim kimi qətiyyəti çatmır. Əgər o, Avropada oyunları idarə etsəydi, tam başqa cür olardı. Hesaba alınmayan ikinci qol epizodunda hakim Xəzərin futbolçusuna ikinci sarı – qırmızı vərəqə göstərə bilərdi. Sonra isə Neftçinin xeyrinə penalti təyin edə bilərdi”.

Məmmədov Lənkəran azarkeşlərinin hərəkətinə haqq qazandıranları başa düşmür: “Azarkeşlərin hərəkətlərinə gəlincə, gərək onları heç kəs müdafiə etməsin. “Nou Kamp” və ya “Santyaqo Bernabeu” stadionlarına 90 min adam gəlir. Onlar belə hərəkət etsəydilər, onları heç kəs müdafiə etməzdi. Məsələn, Afrika kuboku zamanı azarkeşlərdən biri meydançaya qaçdı. Amma polislər vaxtında hərəkət edərək, onu zərərsizləşdirdilər. Sonra bu epizodu uzun müddət televiziya ilə göstərdilər. Yaxşı ki, bizim Avropaya böyük çıxışımız yoxdur. Yoxsa lənkəranlı fanatların hərəkətlərini bütün dünya görərdi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.