31 mart 2010 15:26
Vertolyot enməyə yer tapmadı, stadiona endi (FOTO)
Türkiyə A-2 liqa qarşılaşmasında gülməli hadisə baş verib. Azerisport.az xəbər verir ki, Konya “Atatürk” stadionunda oynanılan Konyaspor – Kayseri Ərciyəsspor görüşünün 28-ci dəqiqəsində təcili tibbi yardım vertolyotu düz meydançanın ortasına enib.
Bunun səbəbi vertolyot uçuz zamanı nasazlığın yaranması olub. Nəticədə Konya xəstəxanasına aparılan xəstə Əzmi Yüksəl stadionda bayırda gözləyən başqa vertolyota yerləşdirilib. Oyunu dayandıran vertolyot isə uçub gedib. Bundan sonra görüş davam etdirilib.
