31 mart 2010 15:38
Əvvəl Diniyev, sonra Şükürov
Rusiya Futbol İttifaqı Premyer Liqanın 4-cü turunun oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, Mahir Şükürovun çıxış etdiyi Anjinin Alaniyaya qarşı oyununu Yuri Baskakov idarə edəcək. Maraqlıdır ki, digər həmyerlimiz Şahin Diniyevin komandası – Terekin ikinci turda evdə Rostovla görüşünə də Baskakov təyinat almışdı.
