31 mart 2010 15:45
Mahir Şükürov: Qafqaz derbisini buraxmaq istəməzdim
Anjinin və Azərbaycan yığmasının müdafiəçisi azerisport.az-a açıqlamasında Alaniya ilə qarşıdan gələn matç barədə danışıb.
“Mənim üçün hazırlıqda elə bir ciddi problem yoxdu. Tam gücümlə məşq edirəm. Topuğumda müəyyən ağrılar var, amma ciddi deyil. Oyun ərəfəsində meydana çıxıb-çıxmayacağım məlum olacaq. Amma oynamağı çox istərdim. Hər halda, bu, Qafqaz derbisidir” – deyə Şükürov bildirib.
