31 mart 2010 15:54
Ramin Musayev: Əsas azarkeşlərin mənafeyidir
PFL prezidenti Ramin Musayev Nizam-İntizam Komitəsinin (NİK) dünənki qərarlarına münasibətini bildirib.
“Əsas azarkeşlərdir. Əsas məsələ odur ki, Azərbaycan azarkeşləri futbolsuz qalmadı. Bu bizim üçün çox vacibdir. Sevinirəm ki, münaqişəyə son qoyulub və bütün diqqətlər oyuna yönələcək” – azerisport.az-ın müxbiri ilə söhbətində Musayev belə deyib.
Xatırladaq ki, NİK dünənki iclasda XL klubunu üst-üstə 35 min manat məbləğə cərimələyib, amma gözlənilərin əksinə olaraq, stadiona cəza verməyib.
