31 mart 2010 16:20
AFFA güclü komanda yaradır
AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, Azərbaycan keçiriləcək yeniyetmə qızlar arasında DÇ-2012-nin final mərhələsinə qədər güclü komanda yaradılacaq. Azerisport.az-a müsahibəsində Məmmədov hazırda tanınmış məşqçi axtarışlarında olduğunu deyib: “2012-ci ildə ölkəmizdə keçiriləcək dünya çempionatı üçün yaxşı komanda hazırlamaq fikrimiz var. Buna görə də adlı-sanlı mütəxəssislə müqavilə bağlayacağıq. Hazırda axtarış gedir. O, həm də milli komandaya rəhbərlik edəcək”.
