31 mart 2010 16:44

Neftçinin dostları əcnəbi hakim istəyir

“Neftçi-Xəzər Lənkəran matçında baş verənlər Azərbaycan futbolu adına növbəti bir biabırçılıqdır”. Azerisport.az xəbər verir ki, bu sözləri “Neftçinin Dostları” Sülh və Mətbuat Klubunun rəhbəri Mətləb Salahov deyib.

Qurum rəhbəri bu hadisələrin “böyük” futboldan danışmağın hələ tez olduğunu göstərdiyini qeyd edib. Salahovun fikirlərini olduğu kimi nəzərinizə çatdırırıq:

“Biz bütün baş verənlərin tam sakitləşməsindən və AFFA-nın qərarının açıqlanmasından sonra fikirlərimizi açıqlayırıq. Təəssüf, ki ölkə çempionatının yayım hüququna malik olan televiziyanın öz öhdəliklərini yerinə yetirməməsi ucbatından ölkənin futbol ictimaiyyəti bu derbi oyununu izləyə bilmədi və belə rüsvayçılıq yarandı. Baş verənlər ilk növbədə ölkəmizdə futbol adına danışmağın hələ çox tez olduğunu göstərdi. Biz Xəzər-Lənkəran azərkeşlərindən də incimişik. Hamı gözəl xatırlayır ki, fevralda keçirilən Neftçi - XL oyununda lənkəranlı azərkeşlərə qarşı hücum edilməsini və baş verən qarşıdurmanı ilk dəfə məhz biz pisləmişdik. Biz düzlüyün və həqiqətin tərəfindəyik. Amma son oyunda Lənkəranda yaşananlar lənkəranlı azərkeşlərə heç yaraşmadı. Neçə illərdir gözəl və baxımlı futbola çevrilən Neftçi- Xəzər-Lənkəran oyunları indi şillə-təpik meydanına dönüb. Futbola zövq almaq, gözəl oyun izləmək üçün baxmalıyıq.

 

Dünya gözəl futboldan zövq alır, biz isə gör nə gündəyik?! Biz həm Neftçinin, həm də Xəzər-Lənkəranın Çempionlar Liqasında və Avropa Liqasında möhtəşəm oyunlarını Lənkəranda və Bakıda izləmək əvəzinə, çimərlik hakimləri ucbatından meyanlarda kəllə atırıq.

 Fakt budur və bu hərəkətlərimizlə bütün dünyanı da özümüzəgüldürürük. Bizdə futbol ona görə sevilməyəcək ki, Realın, Barselonanın, Çelsinin oyunlarını canlı ekrana gətirən bir kanal futbolumuzun derbisini yayımlamır. Özümüz öz futbolumuzu gözdən salırıqsa, kim bizə hörmət edəcək? Biz AFFA prezidentindən xahiş edirik ki, apreldə Neftçi və Xəzər-Lənkəran arasında keçiriləcək derbi oyununa əcnəbi hakimlər çağırılsın. Çünki başqa bir çarə yoxdur. Ölkədə “dişə dəyəsi”bir hakim yoxdursa nə etməliyik? Ona görə də UEFA bizim hakimlərimizi ən yaxşı halda çimərlik oyunlarına təyin edir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.