31 mart 2010 22:26
Narkotikdən asılılıq məşhur futbolçunun karyerasına son qoyur (FOTO)
Fiorentinanın və Ruminiya yığmasının hücumçusu Adrian Mutu futboldan bir il müddətinə kənarlaşdırıla bilər. Azerisport.az Florensiya klubunun rəsmi saytına istinadla xəbər verir ki, bu il yanvarında qanında kokain tapılan futbolçunun işləri bu gün İtaliya Milli Olimpiya Komitəsinin nəzdindəki antidopinq məhkəməsinə göndəriləcək. İtaliya prokurorluğu Mutunun ən azı bir il ərzində diskvalifikasiya olunmasına çalışır.
Xatırladaq ki, belə hadisə 30 yaşlı futbolçunun karyerasında ikinci dəfə baş verir. 2004-cü ildə, hələ Çelsidə çıxış edərkən, kokaindən istifadəyə görə ilyarımlıq diskvalifikasiya olunan Mutu 2005-ci ildə Yuventusa keçmiş və məhz bu klubdan Fiorentinaya transfer olunmuşdu.
