31 mart 2010 22:40
Həmyerlimiz Sankt Peterburqa rahat gedə bilər
Rusiya kubokunun 1/4 final mərhələsində Tver Volqası ilə görüşdə Zenitin ev oyunlarını keçirdiyi “Petrovskiy” stadionunda anti-vandal kresloların sayı artırılacaq. Azerisport.az xəbər verir ki, bu kresloların əsaa fərqi onların göy rəngdə olmasıdır. Stadionun digər sektorlarında kreslolar sarı, narıncı və qırmızı rəngdədir. Bu cür tədbirlərə əl atılması Zenitin vandal azarkeşlərinin qarşısını almaq və onların azaldılmasına nail olmaqdır.
Xatırladaq ki, Rusiya çempionatının ikinci divizionunda çıxış edən Volqanın şəfərini həmyerlimiz, Azərbaycan yığmasının keçmiş müdafiəçisi Emin Ağayev qoruyur.
