31 mart 2010 22:53

Daha bir final və iki Mourinyo üz-üzə

Bu gün Bakı vaxtı ilə saat 23:45 UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin daha iki oyunu start götürür.
 
Azerisport.az xəbər verir ki, cütlərin arasında ən çox maraq doğuranı liqanın 2005/06-cı illər mövsümünün finalında üz-üzə gələn Arsenalla Barselonanın duelidir. “Sen Deni”dəki finaldan fərqli olaraq, bu dəfə bizi iki matçlıq mücadilə gözləyir və Arsen Vengerin xidmətlərinə kölgə altına salmadan, bu dəfə də Barselona cütün favoroti hesab olunur. Qarşılaşmanın daha bir maraq doğuran məqamı futbolçu kimi Arsenalda yetişən Tyerri Anrinin artıq Barselonanın heyətində sabiq komandasına qarşı meydançaya çıxması və “Emireyts”ə qayıtmasıdır.
 
Digər cütdə İnter və ÇSKA görüşür. Əsla yanılmayın və tələsməyin! “Neradzuri” ilk baxışdan aşkar favorit təsiri bağışlasa da, gənc Leonid Slutski və onun istedadlı komandasını hesabdan silməyin. Sevilya ilə cütdə də ispanlar daha şanslı görünürdülər, nəticədə isə ”hərbçilər” uzun intizardan sonra Rusiyaya Çempionlar Liqasının 1/4 finalını bəxş etdilər. Maraqlıdır ki, ÇSKA-nın hazırki baş məşqçisini iş tərzinə və gənc yaşında uğurlar qazandığına görə Rusiyada … “Bizim Mourinyo” adlandırırlar. Joze Mourinyo özü isə, bildiyiniz kimi, İnteri çalışdırır. İki Mourinyo üz-üzə. Bu özünəməxsus dueldən kim qalib çıxacaq?
 
 
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
31 mart (saatlar Bakı vaxtı ilə)
 
23:45. Arsenal – Barselona
23:45. ÇSKA – İnter

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.