31 mart 2010 11:03
Daha bir yığma İtaliyada
Martın 31-dən aprelin 11-əqədər 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyada təlim-məşq toplanışı keçirəcək, eyni zamanda, hazırlıq prosesi çərçivəsindəbeynəlxalq turnirdəiştirak edəcək. Azerisport.az AFFA-ya istinadla xəbər verir ki, yığmamız İtaliyaya aşağıdakı heyətləgedib:
Andrey Popoviç, Orxan Sadıqlı, Səlahət Ağayev, Qara Qarayev, Tərlan Quliyev, Vəfadar Quliyev, Aleksander Qross, Hacı Əhmədov, Yasin Yaqubzadə, Fariz Məmmədov, Mirhüseyn Seyidov, Amit Quluzadə, Rəhman Hacıyev, Kamil Nurəhmədov, Abdulla Abatsiyev, Elgiz Kərəmli, Elnur Abdulov, Araz Abdullayev, Tural İsgəndərov, Murad Səttarlı, Orxan Həsənov, Cavid Tağıyev
