31 mart 2010 11:12
Xəzər Lənkəran appelyasiya verəcək
Xəzər Lənkəranın vitse-prezidenti Tuyqun Nadirov bildirib ki, Nizam İntizam Komitəsinin verdiyi bütün qərarlar ədalətlidir. Bununla belə, onlar Appelyasiya və Ekspert Komitəsinə müraciət edəcəklər.
“Bütün qərarlarla razıyıq. Yalnız baş məşqçinin cəzalanmasının azaldılmasına çalışacağıq. Təhlükəsizlik məsələləri isə Qarabağla qarşıdakı görüşdə yüksək səviyyəyə çatdırılacaq” – azerisport.az-ın müxbiri ilə söhbətində Nadirov belə deyib.
