Kaxaber Çxadadze: İnterdə infrastuktur ideal səviyyədədir
İnterin baş məşqçisi Kaxaber Çxadadze UEFA-nın rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, açıqlamalarında gürcüstanlı mütəxəssis bir çox maraqlı məqamlara toxunub.
MƏŞQÇİLƏR VƏ MƏŞQÇİLİK
“Mən çox tanınmış məşqçilərlə işləmişəm. Onların hər birindən nəsə götürmüşəm. Yupp Haynkes, Draqoslav Stepanoviç, Klaus Topmöller... Bunların hər biri yüksək səviyyəli mütəxəssislərdir. Moskva Dinamosu və Alaniyada rəhbərliyi altında oynadığım Valeri Qazzayevdən çox şey götürmüşəm. Amma məşqçi olmağımda ən böyük xidmətlər Hacı Hacıyevə məxsusdur. Ola bilər, mən Anjidən karyeramı bitirirdim və məşqçiliklə yaxından maraqlanırdım, öyrənirdim. Hacıyevim mənim məşqçiliyimə töfhəsi 80%-dir”.
İNTER
“Azərbaycan ölçüləri ilə İnterdə infrastuktur ideal səviyyədədir. Hər kəsin öz işi, öz funksiyaları var, hər şey detallarına qədər nəzərə alınıb. Mən qarşısına yüksək məqsədlər qoyan komandaya gəlmişəm. İnter çempion olmaq, Kuboku qazanmaq, Avropada çıxış etmək istəyir. Bu mənim iddialarıma tam cavab verir”.
AVROKUBOKLAR
“Əlbəttə, avrokuboklarda uğur qazanmaq çox vacibdir. Amma ora düşmək üçün əvvəlcə Azərbaycan çempionatında müvafiq yeri tutmaq lazımdır. Klubda bunun üçün hər şey var: həm vəsait, həm də iddia. Azərbaycanda futbola böyük vəsaitlər yatırılır, müvafiq olaraq, sponsorların tələbləri də böyüyür”.
BERTİ FOQTS
“Berti Foqts dünya futbolunun əfsanəsidir. Hərdən onunla görüşürk və bu zaman mənə alman dilini bilməyim kömək edir. Dili Ayntraxtda oynadığım vaxtlarda öyrənmişəm. Söhbətlərimizin əsas mövzusu isə İnterin yığmada çıxış edən futbolçuları olur”.
