1 aprel 2010 01:10

Fan-hərəkat haradan başlayır?

Azərbaycanda fanat hərəkatı son vaxtlar güclənib. Azerisport.az sual edir və cavab axtarır: son vaxtlar sayı artan azarkeş qruplaşmaları haradan yaranır və onların arxasında kim durur?

 

İndi Azərbaycanda az-çox fəallığı ilə diqqət çəkən və hər zaman hadisələrin mərkəzində olan 7-8 fan-klub var. Bunlardan bəziləri Neftçi, İnter, Bakı, Qarabağ və digər güclü klubların rəsmi azarkeş qruplarıdır. Yəni klub bu qrupları birbaşa nəzarətdə saxlayır və elə buna görədir ki, onlardan klub əleyhinə sərt bəyanatlar eşitmək çətindir.

Böyük futbol ölkələrinə diqqət yetirin: orada azarkeşlər, klubun büdcəsinə böyük pullar ödəyir (bilet, simvolika, müxtlif tədbirlər) və faktiki olaraq, klubların yaşamasında ciddi pay sahibi olur. Necə deyərlər, “musiqini sifariş edir”. Real və Barselona kimi klublarda prezidenti məhz azarkeşlər – klubun rəsmi üzvləri – “sosios” seçir. Elə buna görədir ki, bəzən klublar azarkeşlərin hətta “məşqçini istefaya göndərmək; hansısa futbolçunu transfer etmək” kimi tələblərini yerinə yetirməyə tələsir. Avropada insanlar çoxdan futbolu biznesə çevirməyi bacarıblar. Və insan amili burada böyük əhəmiyyət daşıyır.

Azərbaycan obyektiv və subyektiv səbəblərdən belə münasibətlərdən hələ ki, uzaqdır. Bizdə fan klublara adətən uşaqlar və yeniyetmələr üzv olur. Ailə-uşağı olan yaşlı insanların əlinə bayraq götürüb hansısa komandaya azarkeşlik etməsi səhnələrinə Azərbaycan stadionlarında nadir hallarda rast gələ bilirik. Burada mental dəyərlərlə yanaşı, futbolun hələ “lazımi” səviyyədə inkişaf etməməsi də öz rolunu oynayır. Bu üzdəndir ki, azarkeşlər hələ klubların aparıcı qüvvəsinə çevrilə bilməyiblər. Və onların dilindən artıq şablonlaşmış “istefa! istefa!” sözlərindən başqa tənqidi ifadələr eşitmək çətindir.

Bu mənada yalnız Xəzər Lənkəranın bəzi fan qruplaşmaları seçilir. Bu da birbaşa olaraq, həmin qruplaşmaların müstəqil olması ilə əlaqədardır. “Fırtına”, “12-ci oyunçu” və “Bosman”ın tez-tez XL rəhbərliyinə müraciətlər qəbul etməsinə, klubun bu və ya digər addımını dəstəkləməsinə, yaxud tənqid etməsinə şahid olmuşuq. Lənkəran yavaş-yavaş Avropaya doğru gedir...

Amma bu müstəqil fan-klublar haradan çıxır? Onların arxasında kim durur?

Azərbaycanda yaşayan hər bir vətəndaş yaxşı anlayır ki, ölkəmizdə güclü dəstək olmadan fəaliyyət göstərmək, söz demək olduqca çətindir. Hər bir ictimai təşkilatın və ya qruplaşmanın arxasında hansısa biznesmenin, yaxud digər imkanlı şəxsin durması gün kimi aydındır. Çünki hər şeyi bir kənara qoysaq, təşkilatın adicə maliyyələşməsini təmin etmək lazımdır. Fan-klublar isə heç vaxt özü pul qazanan təşkilat ola bilməz.

Bizim adlardan xəbərimiz yoxdur, yəqin ki, yaxın vaxtlarda da bilməyəcəyik. Bəzən mətbuatda klubdan söz-söhbətlə ayrılan bir şəxsin bir müddət sonra həmin klubu ciddi tənqid atəşinə tutan rəsmi azarkeş qruplaşmalarına aid olduğu barədə söz-söhbətlər, şayiələr gəzir. Lakin fanatlar özləri hələ açığa çıxmaq istəmirlər. Görünür, bunun üçün də hələ vaxt lazımdır.

Azarkeşlərin futbolun hərəkətverici qüvvəsidir. Və bəzən futbolçuların və məşqçilərin şablon xarakteri daşıyan “biz futbolu azarkeşlər üçün oynayırıq” sözləri bizə çürük və bezdirici gəlsə də, bəlkə də bu, onların işlətdiyi ən doğru və dəqiq cümlədir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.