1 aprel 2010 13:30
Əlişir Usmanov: Neftçiyə böyük simpatiyam var idi
Bakıda keçirilən yeniyetmə və gənclər arasında dünya çempionatı ilə əlaqədar olaraq, ölkəmizə gələn Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti və Londonun Arsenal klubunun səhmdarlarından biri Əlişir Usmanov bu gün təşkil olunan mətbuat konfransında Azərbaycan futboluna toxunub.
“Azərbaycan futbolu haqqında xeyli bilgim var. Anatoli Banişevskiyə, 60-cı illərin Neftçisinə böyük simpatiyam var idi. İndidən hansısa Azərbaycan klubunu ala biləcəyim barədə danışmaq tezdir. Amma gələcəkdə hər şey ola bilər. Düşünməyə dəyər. Anlamaq lazımdır ki, futbol bir gündə inkişaf edə bilməz. Bunun üçün məqsədyönlü fəaliyyət lazımdır” – azerisport.az xəbər verir ki, dünyanın 91-ci ən zəngin adamı belə deyib.
