1 aprel 2010 01:33
Qafqaz derbisinə haçalanmış maraq
Olimpik-Şüvəlanın baş məşqçisi Nazim Süleymanov bildirib ki, Rusiya Premyer Liqasının 4-cü turunda Anji və Alaniya komandaları arasında keçiriləcək oyunda Mahir Şükürovun çıxış etdiyi kluba azarkeşlik etməyəcək.
“Bu mövsüm Rusiya çempionatını elə də yaxından izləmirəm. Amma qarşıdakı oyun mənə maraqlıdır. Hər halda, hər ikisi tanış komandalardır. Çətin ki, bu matçda Anjiyə azarkeşlik edim. Mahir Şükürovun orada çıxış etməsinə baxmayaraq, mənə daha yaxın olan komandanı – Alaniyanı dəstəkləyəcəyəm. Hər halda, bu klubda uzun illər çıxış etmişəm” – azerisport.az-ın müxbiri ilə söhbətində Süleymanov belə deyib.
