1 aprel 2010 13:44
Pentakampeonlar 1 milyon avroya Bakıya gəlir
AFFA-nın Braziliya Futbol Federasiyası ilə danışıqları başa çatıb. Azerisport.az AFFA-ya istinadla xəbər verir ki, CAR-da keçiriləcək dünya çempionatından sonra Azərbaycan yığması Braziliya millisi ilə yoldaşlıq görüşü keçirəcək. Matçın payıza, təxminən oktyabr-noyabr aylarına təyin olunması gözlənilir. “Top sehrbazları”nın Bakıya hansı heyətlə gələcəyi hələ dəqiqləşməyib. Aldığımız məlumatlara görə, AFFA 1 milyon dollarından keçməyə hazırdır.
Braziliya yığması İspaniyadan sonra Azərbaycanla yoldaşlıq görüşü keçirəcək ikinci böyük komanda olacaq. Qeyd edək ki, son Avropa çempionlarının paytaxtımıza səfəri üçün də İspaniya Futbol Federasiyasına 1 milyon avro ödənmişdi.
1 aprel - Gülüş gününüz mübarək!
