1 aprel 2010 14:51

Futbol və milyardlar yanaşı

Dünya uzun illərdir məşhur “Forbes” jurnalının milyarde siyahılarını izləyir. Həmin siyahıda hazırda Bakıda olan rusiyalı biznesmen, Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanovun da adı var.

Azerisport.az Usmanovun həm də Londonun Arsenal klubunun səhmdarlarından biri olduğunu nəzərə alaraq, futbola yaxından “xidmət göstərən” və göstərmiş dünya milyarderlərini xatırlayır.

Lakşmi Mittal.  Bu şəxsin adı sizə ilk baxışdan tanış gəlməsə də, Hindistan əsilli britaniyalı biznesmen futbola sərmayə qoyanlar arasında ən zəngin şəxsdir. 59 yaşlı Mittal 28,7 milyard kapitalla 5-ci pillədə qərarlaşıb. Onu futbola yaxınlaşdıran amil vaxtilə İngiltərənin Uiqan və Everton klublarını alması, hazırda isə Kuinz Park Reyncersin sahibi olmasıdır.

Roman Abramoviç. Rusiyanın ən zəngin adamlarından birini tanıtmağa ehtiyac yoxdur. 11,2 milyard dollar kapitalla ən varlı insanların sırasında 50-ci olan Abramoviçi bütün dünya Çukotka vilayətinin keçmiş qubernatoru, onlarla neft şirkətinin sahibi və həmsahibindən daha çox Çelsinin sahibi kim tanıyır.

Oleq Deripaska. O da futbolla maraqlanan geniş kütlələrə az məlumdur. Amma vaxtilə Rusiyanın ən zəngin şəxsi olan Deripaska Rusiya premyer liqasında bir neçə kluba kuratorluq edib, Krasnodar Kubanının isə rəsmi sahibi olub. Xəzinəsi 10,7 milyard dollara qədər dəyərləndirilir (57-ci yer).

Vahid Ələkbərov. Həmyerlimiz, Rusiyanın “Lukoyl” neft şirkətinin prezidenti, Rusiya vətəndaşı. 10,6 milyard dollar  kapitalla 58-ci olan Ələkbərovun rəhbəri olduğu şirkət Rusiyanın ən böyük futbol klubu olan Moskva Spartakını maliyyələşdirir. Azərbaycanlı biznesmenin Azərbaycana nəzər salmasını da çox istərdik. Son vaxtlar tez-tez “Lukoyl”un Turanı alacağı ilə bağlı söz-söhbətlər gəzsə, bunlar elə söz-söhbət olaraq qalır.

Silvio Berluskoni. Siyasətçi, təzadlı şəxsiyyət, media maqnatı və çılğın futbol azarkeşi. “Mediaset” qrupuna rəhbərlik edən İtaliyanın baş naziri artıq 20 ildən çoxdur ki, Milanın sahibidir. O, komandanı bərbad maliyyə durumu olarkən, B seriyasında çıxış edərkən qəbul edib və qısa zamanda Milan 5 dəfə Çempionlar Liqasında qalib olub. Bu gün üçün dünyanın ən sabit maliyyə durumu olan klublardandır. Berluskoni ailəsinin kapitalı 9 milyon dollardır (74-cü yer)

Leonid Fedun. Yuxarıda adı çəkilənVahid Ələkbərovdan sonra “Lukoyl”un ikinci adamı, Moskva Spartakının sahibi. O artıq 8 ildir “xalq komandası”nı qəbul etsə də, hələ də komanda Rusiya çempionu ola bilməyib. Fedun 5,5 milyard dollarla siyahıda 136-cıdır.

Rinat Axmetov. 5,2 milyard kapitalla 148-ci yeri tutan Şaxtyorun gənc prezidenti Ukraynanın ən uğurlu biznesmenlərindən biridir. Onun eyni zamanda ən uğurlu klub rəhbərlərindən biri olduğunu da demək olar. Ortabab Şaxtyor məhz Axmetovun gəlişindən sonra inkişafa başladı və bu gün superstadion və superbaza ilə Avropanın ən yaxşı klublarından biri, UEFA Avropa Liqasının cari qalibidir.

 

Digər idman növlərinə sərmayə yatıran milyarderlərin də sayı az deyil. Azerisport.az onlardan bəziləri ilə sizi tanış edir.

Stiven Bolmer – 14,5 milyard, 33-cü yer, ABŞ. Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən Oklohama Siti Tander klubunun sahibidir.

Corc Soros – 14 milyard, 35-ci yer, ABŞ. Milli Futbol Liqasında Vaşinqtin Neşinalz klubunun sahibidir. Onun İtaliyanın Roma klubunu alacağı ilə bağlı söhbətlər gəzir.

Pol Allan – 13,5 milyard, 37-ci yer, ABŞ. Başfutbol liqasında (MLS) Sietl Saunders, Milli Basketbol Assosiasiyasında(NBA) Portlend Treyl Bleyzers və Milli Futbol Liqasında Sietl Sihouks klublarının sahibi.

Mixail Proxorov – 9,5 milyard, 40-cı yer, Rusiya.Artıq tarixin yaddaşına köçmüş FK Moskvanın keçmiş sahibi, basketbol, futbol və xokkey klubları ÇSKA-nın keçmiş baş sponsoru. Hazırda Rusiya Biatlonçular İttifaqının rəhbəridir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.