1 aprel 2010 14:57
İlk rəqibimiz - Yuventus
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması aprelin 2-dən 5-dək İtaliyanın Olbia şəhərində təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək. Azerisport.az xəbər verir ki, yığmamız A qrupunda Yuventus və Olimpik (Marsel) komandaları ilə mübarizə aparacaq. U-19 ilk oyununu sabah – aprelin 2-də, Bakı vaxtı ilə saat 18:30-da Yuventusa qarşı keçirəcək. (AFFA)
