1 aprel 2010 15:20
Arda Turan: Azərbaycanla görüş bizim üçün çətin keçəcək
Türkiyə yığmasının liderlərindən biri Arda Turan Türkiyə mətbuatına müsahibəsində bildirib ki, seçmə mərhələdə Azərbaycanla görüşdə onun komandası problemlər yaşaya bilər.
«AÇ-2012-nin seçmə mərhələsində bütün oyunlar çətin olacaq. Amma yaxşı hazırlaşsaq, elə bir problemlə üzləşməyəcəyik. Ümumiyyətlə, düşünürəm ki, Azərbaycan və Qazaxıstanla oyunlar da asan olmayacaq. Bu komandalar ən azından müdafiə olunmağı artıq öyrəniblər» - azerisport.az xəbər verir ki, Arda belə deyib.
