Nikolov və Çxadadze Əfqanıstana yollanırlar
İnterin prezidenti Georgi Nikolov Əfqanıstana hərbi qulluğa yollanır. Azerisport.az xəbər verir ki, bu barədə azerisport.com-a futbol funksioneri özü məlumat verib: “Sənədlərin yoxlanmasından sonra ortaya çıxdı ki, vaxtilə Bolqarıstanda hərbi müddətin üç ayını qulluq etməmişəm. Qərar gəlib ki, məni Əfqanıstanda yerləşən hərbi-hava eskadrilyasına göndərsinlər. Orada MİQ-31 markalı vertolyotu idarə edəcəm”.
Qeyd edək ki, leytenant Nikolovun təyinatı artıq rəsmiləşib və hərbi qulluğunu çəkməyə yollanıb.
Məlumat çatıb ki, Nikolovun Əfqanıstana getməkdə digər məqsədləri var. İnterin bolqarıstanlı prezidenti orada saytımızın Əfqanıstan variantını – azerisport.af – açmaq niyyətindədir.
İstisna deyil ki, İnterin baş məşqçisi Kaxaber Çxadadze yerli Kabul Bank klubunun baş məşqçisi olacaq. Gergi Nikilov Londondakı fond birjasında bu klubun səhmlərini əldə edib.
