Yığmanın baş məqçisi komandanın durumundan razıdır
İtaliyada toplanışda olan Azərbaycan U-19 komandasının baş məqşçisi bildirib ki, futbolçuların durumundan razıdır.
“Komandanın vəziyyəti yaxşıdır. Toplanışa dəvət olunan futbolçuların, demək olar ki, hamısı klublarının heyətində oyunlara çıxır. Almaniyada keçirilən hazırlıq prosesindən az vaxt keçib və indi heyəti komplektləşdirməyə çalışırıq. Turnirdən sonra taktiki cəhətdən hazırlaşmaq üçıün daha yaxşı imkanımız olacaq. Əsas diqqəti fiziki hazırlığın da yüksəldilməsinə yönəldəcəyik. Turnirdə keçirilən oyunlar futbolçulardan çoxlu güc tələb edəcək.
Düşünürəm ki, Avropa çempionatının elit-raunduna qədər komandanı istədiyimiz kimi formalaşdıra biləcəyik. Burayageniş heyətlə gəlmişik və indi yığmanın düşərgəsində olan futbolçulardan 4 nəfəri elit-raunda qədər bizdən ayrılacaq. Oyunçuların sayının çoxluğu rəqabətin böyük olmasına imkan verir” – azerisport.az xəbər verir ki, AFFA-nın rəsmi saytına müsahibəsində belə deyib.
