1 aprel 2010 22:44
Liverpul revanş əzmindədir
Bu gecə Avropanın ikinci ən nüfuzlu futbol turnirində - UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.
Azerisport.az xəbər verir ki, günün ən maraqlı qarşılaşması Valensiyada baş tutacaq. “Mestalya” stadionunda yerli komanda Madridin Atletiko klubunu qəbul edəcək. Çempionlar Liqasındakı fransız derbisindən sonra (Lion – Bordo) bu dəfə ispan derbisinə şahidlik edəcəyik.
Lissabonun “da Luj” stadionuna bu dəfə Liverpul qonaq gəlir. Ötən mərhələdə Lilli çətinliklə adlayan “qırmızılar” bu dəfə onları 2005/06 mövsümündə ÇL-dən vurub çıxaran Benfikaya qarşı mübarizə aparacaq.
Digər cütlərdə Hamburq Belçikanın Standard, Fulhem isə digər Almaniya təmsilçisi Volfsburqu sınağa çəkəcək.
UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar
2 aprel (saatlar Bakı vaxtı ilə)
00.05. Benfika – Liverpul
00.05. Hamburq – Standard
00.05. Fulhem – Volfsburq
00.05. Valensiya - Atletiko
