1 aprel 2010 11:00
Xəzər Lənkəranda dörd itki
“Unibank” Premyer Liqasının 25-ci turunda Qarabağla qarşılaşacaq Xəzər Lənkəran oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, zədəli olan Denis Kalinkovla Junior Osvaldo məşqlərdəiştirak etmirlər. Cəzalılar - Ruslan Poladovla Rahid Əmirquliyev isəkomanda iləbirgəçalışsalar da, Qarabağla oyunda iştirak edəbilməyəcəklər. Qeyd edək ki, əvəzedici heyətin üç üzvü - Sadiq Ramazanov, Kazım Kazımlı vəAmid Hüseynov əsas komandanın məşqlərinəcəlb olunub.
