1 aprel 2010 11:11
Türkiyə yığmasının sabiq çalışdıcısı Bakıya gəlir
Bakının yeni baş məşqçisinin adı məlum olub. Azerisport.az klubdakı mənbələrinə istinadla xəbər verir ki, yayda komandanın sükanı arxasına Türkiyə yığmasının sabiq baş məşqçisi Ərsun Yanal keçəcək. Klubla mütəxəssis arasında danışıqlar artıq başa çatıb.
Qeyd edək ki, Türkiyənin ən yaxşı məşqçilərindən hesab olunan Yanal karyerası ərzində Dənizlispor, Mandıraspor, Ankaragücü, Gənclərbirliyi, Vestel Manisaspor və Türkiyə yığmasını çalışdırıb. Mütəxəssisin son iş yeri Trabonspor olub.
1 aprel - Gülüş gününüz mübarək!
