1 aprel 2010 11:20
Azərbaycan yığması Roma papası ilə görüşdü (FOTO)
İtaliyada təlim-məşq toplanışında olan və Manlio və Loris Skorpinyoların xatirəsinə həsr olunan sayca 18-ci ənənəvi turnirdə iştirak edən Azərbaycanın U-17 yığması üçün bu səfər əlamətdar olub. Azerisport.az xəbər verir ki, yarışın digər iştirakçıları ilə yanaşı Oliver Pilzerin yetirmələri “Ternana” ilə oyundan əvvəl Vatikana üz tutaraq, Roma papası XVI Benedettonun qonağı olublar. Həmyerlilərimiz Papaya Azərbaycan millisinin imzalı formasını hədiyyə ediblər. (AFFA)
