...Əslində isə Bursaspor çempiondur, yaxud Türk jurnalistdən orijinal təklif
Bütün Türkiyə İstanbul superderbisini, Fənərbaxçanın qələbəsindən sonra çempionluq şanslarını artırmasını, Qalatasarayın isə zirvədən bir qədər uzaqlaşmasını, Bursasporun liderlik potensialının aşağı olmasını, Beşiktaşın gözlənilmədən çempion ola bilmək variantlarını və digər maraqlı məsələləri müzakirə edərkən, “Radikal” qəzetinin idman yazarı İbrahim Altınsay qarşımızda tam başqa mənzərələr açan turnir cədvəli ortaya çıxarıb. Azerisport.az xəbər verir ki, jurnalistin versiyasına görə, sona iki tur qalmış çempionluğa ən real namizədlər Bursa və Fənərdir. Üstəlik, Ərtoğrul Sağlamın komandasını ən yaxın izləyicisini 3 , üçüncü olan Beşiktaşı 6, dördüncü yeri tutan qalatasarayı isə 8 xal qabaqlayır. Bəs Altınsay haradan bu qərar gəlib?
“Radikal” qəzetindəki növbəti köşəsində jurnalist əvvəlcə İngiltərədən misal gətirib: “Diqqət yetirin, maliyyə durumu qarmaqarışıq olan Porstmutu necə cəzalandırdılar? Reqlamentə əsasən, onun aktivində 9 xal çıxdılar. Amma komandanı mövsüm başa çatmamış aşağı divizionlara göndərmədilər. Nəticədə isə həm futbolçular, həm məşqçilər, həm də klubun əməkdaşları çörək qazandıqları işdən məhrum olmadılar. Portsmut yenilir, amma meydançada. Portsmut qalib gəlir. Yenə də meydançada. Heç kimə havayı xallar verilmir.
Bəs bizdə? Mövsüm başlayandan sonra ortaya bəzi məsələləri çıxardılar və Ankarasporun aşağı dəstəyə saldılar. Nəticədə onun yığdığı xallar, vurduğu xalla və s. silindi. Ankara klubu indi turnir cədvəlinin sonunda bir utanc nöqtəsi kimi görünür. 0 xal, 0 qol…
İndi TFF-nin rəsmi saytı da daxil olmaqla müxtəlif yerlərdə Superliqanın turnir cədvəli verilir. Burada hər komandaya Ankarasporla oynanılmalı olan matçlarda 6 texniki xal – iki texniki qələbə verilir. Halal olsun, Bursaspor əgər çempion olarsa, tarixə keçəcək: Diyarbakırspor matçını da nəzərə alsaq, 3 texniki qələbə və ya 9 masa arxasında verilən xalla”.
Bütün bu monoloqun sonunda İbrahim Altınsay onun fikrincə daha ədalətli olan cədvəl təqdim edib. O burada Ankarasporun oynadığı matçların nəticələrinin saxlanılmasını təklif edib. Nəticədə bu cədvələ görə Bursaspor çempionluğa ən real namizəd hesab olunur. Hərçənd, Qalatasaray və Beşiktaşən aktivində bir oyun azdır.
.jpg)
