SENSASİYA! Türkiyə yığması AÇ-yə oyun almaqla yollanıb!
Hazırda oyun al-veri və nəticələrin manipulyasiyası ilə əlaqədar Türkiyədə davam edən istintaq zamanı Gənclərbirliyi klubunun prezidenti İlham Cavcav ifadə verib. Azerisport.az “Vətən” nəşrinə istinadla xəbər verir ki, Cavcav Türkiyə yığmasının da oyun alverində iştirak etdiyini bildirib: “Bizdə bir macar qapıçı var idi – Jolt Petri. Milli komandasının da formasını geyinirdi. Bu adam öz ölkəsini satdı. Futbol Federasiyası İstanbulda keçirilən oyundan əvvəl Petriyə əl altından 25 min dollar ödədi. Mən bunu öyrənən kimi müqaviləsinin davam etməsinə baxmayaraq, onu komandadan qovdum”.
Cavcav 1995-ci ildən danışır. AÇ-96-nın seçmə mərhələsi zamanı son bir tur qalmış 10 xalla 2-ci olan Türkiyə yığması 7 xalı olan İsveçlə ilə 2-ci yer uğrunda mübarizə aparırdı. Məhz İstanbulda baş tutan qarşılaşmada Hakan Şükürün qolları ilə 2:1 hesabıyla qələbə qazanan “ay-ulduzlu”lar final mərhələsinə vəsiqə əldə etmişdilər.
“Heç bir klub rəhbəri futbolçuya “gəl, bu oyunu ver” deməz. Oyun al-veri ilə milli komanda məşğul olub, biz yox” – deyə Cavcav bildirib.
O zaman Türkiyə Futbol Federasiyasının prezidenti olan, indi UEFA-nın vitse-prezidenti Şənəs Ərzik deyilənləri təkzib edib: “Mənim dövrümdə belə şey ola bilməz. Bu mövzular çox həssasdır. İndi – AÇ-2016-ya qəbul etməyə namizəd olduğumuz vaxtda bunları gündəmə gəlməsi çox ağrılıdır”.
