2 aprel 2010 20:41
Azərbaycan Yuventusu məğlub etdi (YENİLƏNDİ)
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyanın Olbia şəhərində təşkil olunmuş beynəlxalq turnirdə bu gün Yuventusla qarşılaşıb. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, millimizin 1:0 hesabı ilə qələbə qazandığı oyunda yeganə qolu Abdulla Abatasiyev rəqib qapısından keçirib.
