2 aprel 2010 14:44

Türklər Qəbələnin heyətində George Hacını tapdılar

Türkiyədə "I Beynəlxalq Kuşadası Turniri"ndə çıxış edən Qəbələnin U-13 komandası ikinci görüşündən də uğurlu nəticə ilə ayrıldı.

Azerisport.az xəbər verir ki, Ankaragücü ilə bərabərə qaldıqdan sonra penaltilərdə üstün olan komanda üçün ikinci matç da çox önəmli idi. Klubun rəsmi saytı görüşün gedişini belə dəyərləndirib: “Fiziki göstəricilərinə görə bizimkilərdən xeyli üstün olan Manisa Turqutluspor ilk görüşündə Ankaragücünü üstələməyi bacarmışdı (1:0). Odur ki, oyunun heç də asan olmayacağı öncədən bəlli idi. Matçın startında bir neçə epizod yaxaladıq. Xüsusilə, tamaşaçıların əfsanəvi Georgi Haciyə bənzətdikləri Hacı Hacıyevin oyunu qeyd olunmalıdır. Boyunun, çəkisinin, eyni zamanda yaşının rəqiblərindən kiçik olmasına baxmayaraq, o, texnikası ilə hər kəsi heyran qoymağı bacarırdı. Elə onun ilk ara pasından sonra Fərid Əsədli qapıçı ilə üzbəüz qaldı, lakin zərbəsi aralıdan keçdi. Az sonra daha bir epizodu əldən verdik. Lakin üstünlüyümüz qolla nəticələndi. Künc zərbəsindən ötürülən topu Fərid Məmmədov tora göndərdi. Qeyd edək ki, Fərid ötən ilə Qəbələnin formasını geyinmiş sabiq milli futbolçu Azər Məmmədovun qardaşı oğludur.”

İlk gündən sonra Qəbələ və Ankaragücünün aktivində hərəyə 4 xal var. Lakin şəxsi oyunlara görə komandamız birinci pillədəir. Qəbələ bu gün Bakı vaxtı ilə 13.15-də Midlsbro, 17.05-də Fənərbağçaya qarşı oynayacaq. Çox güman ki, 1/4 finala vəsiqə qazanmaq üçün bir qələbə yetərli olacaq. Hazırda A qrupunda vəziyyət aşağıdakı kimidir.

 

1. Qəbələ 2 1 1 0 2-1 4
2. Ankaragücü 3 1 1 1 3-3 4
3. Fənərbağça 1 1 0 0 1-0 3
4. Manisa T. 2 1 0 1 2-2 3
5. Midlsbro 2 0 0 2 1-3 0

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.