2 aprel 2010 15:04
Xaqani Məmmədov: Baş hakim və ya laynsmen olduqlarını hakimlər oyuna 1 saat qalmış biləcəklər
Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bildirib ki, hakimlərin təyinatının oyun günləri açıqlanması problemləri aradan qaldıracaq.
“Ötənilki praktika göstərdi ki, bu addım bir çox problemləri həll edir. Hakimlərə tanış və tanış olmayan nömrələrdən zəng gəlmir, onlar bir yerdə sakit şəkildə matça hazırlaşırlar. Hansı görüşü idarə edəcəklərini də bilmirlər. Bu gün onları oteldə topladıq. Səhər məşq etdik, sonra isə əvəzedicilərin oyununa baxacağıq. Sabah səhər onlar oyunlara gedəcəklər və matça yalnız bir saat qalmış biləcəklər ki, baş hakimdirlər, yoxsa laynsmen. İnanıram ki, bundan sonra bütün problemlər həll olunacaq” – azerisport.az-ın müxbiri ilə söhbətində Məmmədov belə deyib.
