2 aprel 2010 16:28

Təmiz futbol uğrunda

Türkiyədə oyun al-veri və nəticələrin manipulyası ilə bağlı araşdırmalar davam edir. Məsələyə ən yüksək nöqtələrdən qarışıblar və belə görünür ki, işin axırına çıxılacaq.

Azerisport.az bildirir ki, bu cür tədbirlərə Azərbaycanda da əl atılmasının vaxtı çatıb. Premyer Liqa və ölkə kuboku yarışlarından çirkin oyunların getdiyini və oyun alqı-satqısının kifayət qədər olduğunu aşkarlayıb sübut etməyə ehtiyac yoxdur. Biz hər hansı iddia ilə danışmırıq, sadəcə, real vəziyyəti nəzərinizə çatdırırıq. Futbol böyük pulların oynadığı sahə olduğundan burada oyunətrafı məqamlara tez-tez rast gəlinməsi təbiidir. Sadəcə, hər ölkədə bu “təsərrüfat” fərqli formada inkişafını tapıb.

Böyük futbol diyarlarında bukmekerlərin təsiri aşkar hiss ediləcək dərəcədə güclüdür. Hüquq-mühafizə orqanları da araşdırmalara başlayarkən, məhz bukmeker kontorlarına istinad edirlər. FİFA yaxınlarda futbolun təmizlənməsi üçün kompleks tədbirlərə əl atıb ki, burada futbol qurumlarının bukmekerlərlə sıx faəliyyətini öz əksini tapıb. Artıq hər hansı oyunla bağlı şübhələr meydana çıxacağı təqdirdə, kontorlar dərhal UEFA və FİFA-nı xəbərdar edəcək.

Azərbaycanda bukmeker hələ leqallaşmayıb, bu üzdən də onların sırf futbola təsiri minimal səviyyədədir. Bizdə oyunun nəticəsini əvvəlcədən müəyyənləşdirmək üçün insanlar kabinetlərdə üz-üz gəlirlər. Və bu insanların böyük hissəsi klub rəhbərləri və hakimlər, bir qismi futbolçular və məşqçilər, qalan hissəsi adını agent qoyan gizli şəxslərdir.

Əlbəttə, Azərbaycanda kimisə cinayət üstündə yaxalamaq söhbət mövzusu deyil. Bu, de-fakto mümkünsüzdür. Çünki mühafizəkar futbol ictimaiyyətinin nüfuzu onun üçün çox vacibdir. Bununla belə, dövlət orqanlarının işə qarışması ilə futbolda oyun al-veri və digər çirkin işləri qarşısını müəyyən qədər almaq olar.

Bunun üçün Türkiyə nümunəsi örnək götürmək lazımdır. Türkiyə Böyük Millət Məclisinin son bir neçə ayda göstərdiyi fəaliyyət inanılmaz və təqdirəlayiqdir. Almaniya polis orqanlarından gələn siqnal nəticəsində araşdırmalara başlayan xüsusi qrup indiyədək 30-a nəfər insanı dindirib. Onların arasında UEFA Kubokunun qalibləri, Türkiyə yığması ilə dünya çempionatının bürünc medalını qazanmış futbolçular, tanınmış məşqçilər, nüfuzlu klub rəhbərləri var. Türkiyədə eyiblərini üstünü açmağa utanmırlar və bu yolla bir az da olsa, futbolun təmizlənəcəyinə inanırlar.

Bizdə də belə bir inama ehtiyac var. Çünki nəticə meydançada müəyyənləşməlidir. Nə qədər ki, hakimlər matçlar ərəfəsində klublardan zənglər qəbul edir, nə qədər ki, müdafiəçilər qəsdən rəqibi cərimə meydançasında yıxır, nə qədər ki, klublar “birinci dövrədə biz, ikinci də siz” prinsipi ilə danışıqlara girir, Azərbaycan futboluna yatırılan böyük sərmayələr effekt verməyəcək.

Necə ki, 5 ildir milyonların fırlandığı Azərbaycan futbolu ən yaxşı halda irəliyə doğru, peşəkarlaşma yolunda yarım addım atıb. Əslində isə bu addımaların sayı ən azi bir-iki olmalı idi.

PFL və Hakimlər Komitəsinin hakimlərin “gizlədilməsi” ilə bağlı verdiyi qərar da işə başlamağın vaxtının çatdığını sübut edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.