2 aprel 2010 16:48
Simurqun tarixinə keçənlər
Simurqun əvəzedici komandasinin iki futbolçusu klubun tarixinə keçib. Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Olimpik-Şüvəlanla görüşün 90-ci dəqiqəsində Camal Məmmədovu əvəzləyən İlkin Qırtımov və Turanla son qarşilaşmada Rasim Ramaldanovun yerinə meydana girən Laçın Şəkərov əsas heyətdə debüt edən ilk futbolçular olublar. Onların hər ikisi mövsümün əvvəlində əvəzedici komandanın heyətində çempionata sifariş olunmuşdular.
