2 aprel 2010 17:44
Yığmamızdan nəcib aksiya (FOTO)
İtaliyanın paytaxtı Roma şəhərində təlim-məşq toplanışında olan və Manlio və Loris Skorpinyoların xatirəsinə həsr olunan sayca 18-ci ənənəvi turnirdə iştirak edən Azərbaycan U-17 yığması Rieti vilayətində yerləşən xəstəxanalardan birinə baş çəkib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Oliver Pilzerin yetirmələri “xərçəng” xəstəliyindən əziyyət çəkən insanlarla görüşüb. Yeniyetmələrimiz hospitalın rəhbərliyinə millimizin imzalanmış formasını təqdim ediblər.
