2 aprel 2010 00:20
İngilislər həmyerlimizi zarafatla yada saldılar
DÇ-66-nın finalında Almaniya yığmasının qapısında iki top keçirən Ceffri Herst bu gün “The Sun” nəşrinə müsahibəsində bildirib ki, həmyerlimiz Tofiq Bəhramov onun vurduğu birinci qolda səhvə yol verib və top əslində tapı xəttini keçməyib. Amma azerisport.az xəbər verir ki, qəzet sonradan bunun 1 aprel zarafatı olduğunu bildirərək, həm ingilis, həm də azərbaycanlı futbolsevərləri sakitləşdirib, almanları isə yenidən məyus edib.
