3 aprel 2010 13:26
Kovalyov və Ponomaryov Türkiyədə tanış oldular
Türkiyə Bank Asya 1-ci liqasında müvafiq olaraq, Orduspor və Kartalsporun şərəfini qoruyan həmyerlilərimiz – Anatoli Ponomaryov və Vitali Kovalyov məhz Türkiyədə tanış olublar. Azerisport.az xəbər verir ki, bunu Ponomaryov deyib.
“Fevralda komandalarımız üz-üzə gəldi və onunla bir-iki kəlmə danışdıq. Razılaşdıq ki, bir gün görüşək, yaxından tanış olaq. İş elə gətirdi ki, elə həmin oyundan sonra İsveçə getmək üçün rəhbərlikdən icazə aldım. Stokholma uçmaq üçün Samsuna getməliydim. Nəqliyyatla bağlı problem olduğundan məhz Kartalsporun avtobusuna mindib. Onlar yolüstü Samsundan keçirdilər. Yolboyu söhbətləşdik. Qayıdandan sonra Vitali ilə İstabulda da görüşdük, məni şəhərlə tanış etdi” – Ponomaryov Futbol+ qəzetinə müsahibəsində danışıb.
