3 aprel 2010 15:15
Növbəti rəqib – Fənərbağça
Bu gün Qəbələ"I Beynəlxalq Kuşadası Turniri"ndə növbəti oyununa çıxdı. Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, həmyerlilərimiz İngiltərəklubu Midlsbro iləbərabərəqaldılar – 2:2.
Qəbələ bununla aktivindəki xalları 5-ə yüksəldərək 1/4 finala vəsiqə qazanmaq şansını qorudu. Bu gün komandamız Bakı vaxtı ilə saat 19.05-də qrupda son oyununu Fənərbağçaya qarşı keçirəcək.
