4 aprel 2010 13:15
Anji qələbə qazandı, Şükürov ehtiyatda qaldı (YENİLƏNDİ)
Anji Rusiya Premyer Liqasının 4-cü turu çərçivəsində Alaniyanı qəbul etdi. Azerisport.az xəbər verir ki, bir oyunluq cəzasını başa vuran Mahir Şükürov bu görüşdə meydançaya çıxacağı gözlənilsə də, baş məşqçi səlahiyyətlərini yerinə yetirən Arsen Akayev həmyerlimizə şans verməyib. Görüş mahaçqalalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qollara Streltsov və Qolenda imza atıblar.
