3 aprel 2010 20:56
Ramiz Məmmədov: Uşaqlar qalib gələcəklərinə söz vermişdilər
Unibank Premyer Liqasının XXVI turunda "Qəbələ" "Neftçi"nin qonağı oldu. Azerisport.az bildirir ki, buna qədər "Qarabağ"a qalib gələn və "Bakı" ilə heç-heçə edən Ramiz Məmmədovun yetirmələri son dəqiqədə vurduqları qolla "Neftçi"ni də məğlub etməyi bacardılar - 2:1.
Ramiz Məmmədov, "Qəbələ" klubunun baş məşqçisi: "Oyundan razı qaldım. Heyətimizdə 4 zədəli futbolçu var. Lakin uşaqlar bugünkü oyunda qalib gələcəklərinə söz vermişdilər, sözlərinin üstündə durdular. Onlara minnətdarlığımı bildirirəm. Futbolçular meydanda "ədalətli oyun" qaydalarına əməl etməlidirlər."
PFL
