Yuventusdan sonra Olimpik Marsel (FOTO)
İtaliyanın Olbia şəhərində keçirilən beynəlxalq turnirin reqlamentinə uyğun olaraq, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün hər birinin ümumi vaxtı 35 dəqiqədən ibarət 2 oyun keçirib. Azerisport.az xəbər verir ki, əvvəlcə Yuventuslu həmyaşıdlarını 1:0 hesabı ilə məğlub edən yığmamız daha sonra Olimpik (Marsel) klubundan olan müvafiq yaş qruplu komanda ilə qarşılaşıb. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Qalib oyunsonrası penalti seriyasında müəyyənləşib. Yığmamız penalti zərbələrini daha dəqiq vuraraq 5:3 hesabı ilə qalib gəlib.
Beləliklə, yığmamız hər iki oyunu qələbə ilə başa vuraraq qrup qalibi kimi növbəti mərhələyə vəsiqə qazanıb. U-19 1/4 final mərhələsi çərçivəsində sabah – aprelin 3-də Kuin Park Reyncers - Kalyari cütlüyünün qalibi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. (AFFA)
